Санкт-Петербургская общественная организация "Общество памяти игумении Таисии"
Праволавная литература, богословие, богослужебные книги, акафисты
191144
Россия
Санкт-Петербург
Санкт-Петербург
ул Кирилловская, 11
+7 (812) 710 37 30
Назад в раздел
İ.A. Qluxov


İ.A. Qluxov

İvan Aleksandroviç Qluxov (1927–1999) Tula vilayətinin Suvorov rayonunda, Kuleşov kəndində dindar kəndli ailəsində anadan olub. Təvazökarlığı, əməksevərliyi və insanlara xeyirxah münasibəti ehtiva edən pravoslav dini ruhunda tərbiyə edilib. Onun şəxsiyyətinin formalaşmasında anası Yevdakiya Sergeyevnanın böyük rolu olub və İvan Aleksandroviç bütün həyatı boyu anasını ülvi məhəbbətlə sevib, ona dərin hörmət bəsləyib. İ.A.Qluxov 30-cu illərdə ailəsi ilə birlikdə Moskvaya köçüb. Burada 1945-ci ildə orta məktəbi, 1948-ci ildə inşaat texnikumunu bitirib və bundan sonra Moskva Kommunal İdarəsində texnik vəzifəsində işləyib. O, daima Alekseyevskiy kəndində yerləşən Tixvinskiy kilsəsinə ibadətə gedib və kilsənin mehrabında xidmət edib.

İ.A.Qluxov dini təhsil almaq istəyirdi və bu məqsədlə də 1951-ci ildə Moskva Ruhani Seminariyasına daxil olub. 1955-ci ildə bu seminariyanı müvəffəqiyyətlə bitirib. Bundan sonra Moskva Ruhani Akademiyasına daxil olub və 1959-cu ildə ilahiyyat elmləri namizədi elmi dərəcəsi ilə Akademiyanı bitirib. Onun diplom işinin mövzusu “Şər və onun təzahür formaları haqqında xristian təlimi” idi. Akademiya Şurasının qərarı ilə İ.A.Qluxov Akademiyada saxlanılıb və ona professor təqaüdü verilməsi haqda qərar qəbul edilib, eyni zamanda İ.A.Qluxov inspektor köməkçisi vəzifəsinə təyin edilib. İ.A.Qluxov əvvəlcə seminariyada kataxizis və Rus Kilsəsinin tarixi fənlərini, 1972-ci ildən isə, Akademiyada sektaşünaslıq fənnini tədris edib. Elə həmin ildə də ona dosent elmi adı verilib.

Çəkdiyi əməyə görə İ.A.Qluxov III dərəcəli Müqəddəs Knyaz Vladimir, II və III dərəcəli Müqəddəs Serqiy Radonejskiy ordenləri və Patriarxlıq Qramotası ilə təltif olunub. 1995-ci ildə o, Müqəddəs Torpaqları ziyarət edib. Həyatının son illərində İ.A.Qluxov Moskvada yerləşən Bütün Müqəddəslər Məbədinin daimi üzvü olub və ölümündən sonra onun cənazə namazı məhz bu məbəddə qılınıb. İvan Aleksandroviç Blaqoveşenskiy kəndində dəfn olunub.

İ.A.Qluxov şagird və dinləyicilərinin dərin biliklərə yiyələnməsini təmin edən və imtahanları çox ciddi şəkildə götürən tələbkar bir müəllim idi. Onun fənləri ilə bağlı Müqəddəs Yazılardan yüzlərlə nümunəni əzbər bilmək tələb olunurdu. Seminariyanın birinci kursunda onun tədris etdiyi Katixizis dərsi ən vacib fənlərdən biri, pravoslav dünyagörüşünün özəyi idi. İ.A.Qluxov dinləyicilərə bu fənni sevdirməyi bacarırdı. Bu dərsi mənimsədikdən sonra bütün digər fənləri öyrənmək çox asan olurdu. Şagirdlər bu fənni yol hərəkət qaydaları ilə müqayisə edirdilər. Belə ki, bu fənni öyrəndikdən sonra mürəkkəb həyat yollarında çox asanlıqla səfərə çıxmaq mümkün idi. İ.A.Qluxov Pravoslav təlimləri dinləyicilərin qəlbinə yerləşdirməyi və onların ən müsbət keyfiyyətlərindən faydalanmaqla şagirdləri dini gerçəklərə yönəltməyi öz mühazirələrinin əsas məqsədi hesab edirdi. İ.A.Qluxov hər zaman müqəddəs ata mövqeyində əzmlə dayanırdı. Onun bu cəhəti ekumenistlər və digər slavyan konfessiyalarının nümayəndələri ilə dialoqlarda xüsusi ilə nəzərə çarpırdı. İ.A.Qluxovun mühazirələrini dinləyən şəxslər, onu geniş bilik dairəsinə malik olan və öz biliklərini böyük sevgi hissi ilə şagirdləri ilə bölüşən qabiliyyətli müəllim, dahi pedaqoq, diqqətli və xeyirxah insan kimi təşəkkürlərlə yad edirlər.

Oxuculara təqdim edilən “Pravoslav katixizisi” kitabı pravoslav dininin başa düşülüb mənimsənilməsinə xidmət edən geniş həcmli təlimatdır və bu kitab dinin, ümid və sevginin öyrənilməsinə istiqamət verir. Xristian dini haqqında təlimlər Dinin Simvolları bəhsində öz əksini tapmışdır. Bütün xristian gerçəkləri burada öz əksini tapmışdır. Xristian ümidləri ilə bağlı təlimlər dualarda, xüsusilə də İlahi Dua olan “Atamız bizim” duasında və Məmnunluq Vəsiyyətlərində öz əksini tapmışdır. Xristian sevgisi ilə bağlı təlimlər İlahi Qanunlarda və ya Onsözdə şərh olunur.

İ.A.Qluxovun “Pravoslav katixizisi” kitabı Pravoslavlığa əsaslanan, müqəddəs ataların fikirlərinə tamamilə uyğun gələn və eyni zamanda müəllifin şəxsiyyətinin dərinliyindən, onun Allah olan şəxsi inamından, ümidindən və sevgisindən xəbər verən, eyni zamanda dinləyicilərdə də eyni hisslərin yaranmasına və möhkəmlənməsinə yönələn bir təlimdir.



Другие книги этой категории:

  • English English
    Orthodox Catechism
     
  • Deutsch Deutsch
    Orthodoxer Katechismus
     
  • Italiano Italiano
    La Catechesi ortodossa
     
  • Español Español
    El Catecismo Ortodoxo
     
  • Svenska Svenska
    Den Ortodoxa Katekesen
     
  • Suomi Suomi
    Ortodoksinen katekismus
     
  • Български Български
    Православен катехизис
     
  • Magyar Magyar
    Pravoszláv katekizmus
     
  • Ελληνικά Ελληνικά
    Ορθόδοξη κατήχηση
     
  • Română Română
    Catehismul ortodox
     
  • Eesti Eesti
    Õigeusu katekismus
     
  • Українська Українська
    Православний катихiзiс
     
  • Беларуская Беларуская
    Праваслаўны катэхізіс
     
  • ქართული ქართული
    მართმადიდებლური კატეხიზმო
     
  • հայերեն հայերեն
    Ուղղափառ կատախիզիս
     
  • Azərbaycan Azərbaycan
    Pravoslav katixizisi
     
  • Лезги Лезги
    Православидин катихизис
     
  • Нохчийн Нохчийн
    Керстанан катихизис
     
  • Қазақ Қазақ
    Православилік катихизис
     
  • Кыргыз Кыргыз
    Православ катихизис
     
  • Чӑваш Чӑваш
    Православи катехизисĕ
     
  • Татар Татар
    Православие катихизисы
     
  • Башҡорт Башҡорт
    Православие ҡатихизисы
     
  • Буряад Буряад
    Үнэн алдарта шажанай катихизис
     
  • kalmyk kalmyk
    Үнн алдртын сурһалин чимг
     
  • Саха Саха
    Православнай катихизис
     
  • فارسی فارسی
    اصول و تعاليم مسيحيت ارتدوكس
     
  • 한국어 한국어
    정교회 교리서
     
  • Việt Việt
    Sách giáo lý Chính thống giáo